mobil versiya

Fransa Livana 100 milyon avro yardım edəcək



Fransa Livana 100 milyon avro dəyərində yardım edəcək.

Reportyor.az
xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron İsrailin Hizbullah ilə müharibə etdiyi ölkə ilə bağlı keçirilən beynəlxalq konfransda bildirib: "“Fransa köçkünlərə yardım üçün 500 milyon avroluq (540 milyard dollar) hədəfə doğru 100 milyon avro yardım edəcək. Müharibə mümkün qədər tez bitməlidir”.

Almaniya da konfransda Livana 96 milyon avro (103 milyon dollar) əlavə yardım vəd edib.

"Bugünkü Livana Dəstək Konfransında Almaniya Livandakı böhranın öhdəsindən gəlməyə kömək etmək üçün ümumilikdə 96 milyon avro əlavə vəsait vəd edir", - XİN-in bəyanatında deyilir.

Nazirlik bildirib ki, pul "məcburi köçkünlərə çatmaq və Livanda sosial, iqtisadi və institusional sabitliyi təmin etmək üçün" Almaniya Qızıl Xaç Cəmiyyəti və Livan Humanitar Fondu da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının agentliklərinə və qeyri-hökumət təşkilatlarına axacaq.
KARUSEL / DÜNYA
Tarix: 24-10-2024, 13:46