mobil versiya

Evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlayan saxlanılıb



Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Reportyor.az
xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9000 manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 25-10-2024, 12:41