Diqqət! Cərimələnə bilərsiniz
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA tərəfindən mikromobillik infrastrukturunun yaradılması işləri sürətlə davam edirilir.
Reportyor.az qurumun yaydığı məlumata istinadla xəbər verir ki, hazırda kiçik elektrik nəqliyyat vasitələrinə (KENV) olan maraq artmaqdadır. Odur ki, təhlükəsiz hərəkət üçün bu nəqliyyat vasitələri üzrə müəyyən edilmiş qaydalara əməl etmək vacibdir:
Bir KENV-i yalnız bir şəxs idarə edə bilər.
14 yaşdan aşağı şəxslərə KENV idarə etmək qadağandır.
Yol hərəkəti qaydalarını pozan KENV sürücüləri 40 AZN cərimə olunur.
Ayrılmış parklanma yerlərindən kənarda parklanma edən KENV sahiblərinə isə 10 AZN cərimə tətbiq edilir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-10-2024, 18:01