Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının oktyabrın 30-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Reportyor.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Həmçinin, oktyabrın 30–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 3 tüfəng, 2 patron darağı və 245 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Eyni zamanda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
KARUSEL / HADİSƏ
Tarix: 31-10-2024, 10:52