UEFA Azərbaycan millisinin rəqibini cərimə edib
UEFA Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibini cərimələyib.
Estoniya Futbol Assosiyasına 10000 avroluq cərimə tətbiq edilib.
Buna komandanın 4-cü turda İsveçə evdə uduzduqları (0:3) matçda azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
Bundan əlavə, assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu hal yenidən təkrarlansa, millinin matçında tribunalar qismən bağlanacaq.
Estoniya 5-ci turda Azərbaycan millisinin qonağı olacaq. Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:13