"Azərbaycan tolerantlığın məkanıdır" - BƏƏ rəsmisi
Azərbaycan tolerantlığın məkanıdır. Burada belə bir körpü qurulması gözəl nümunədir.
Bu sözləri noyabrın 5-də COP29 çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin plenar iclasında Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq və Birgə Yaşayış Nazirliyinin Baş direktoru Afra Əl Sabri deyib.
Sammitin mövzusunun vacibliyinə toxunan Afra Əl Sabri əlavə edib: “Biz müvafiq həll yolları göstərməklə bu problemlərin öhdəsindən gəlməyi bacarmalıyıq. Çətinliklər var, amma bizim ümidimiz də var. Ümidlərimiz ümumi məqsədlər üçün bir araya gələndə daha da güclənir. Planetimizi qorumaq üçün mütləq həll yollarını tapmalıyıq. COP29-da biz təkcə iqlim dəyişikliyi haqqında düşünməməliyik, onu hiss etməliyik. Bu, bizim ürəyimizdən gələn arzu olmalıdır. İnanıram ki, birlikdə fərq yarada, yeni nəsillərimizə ümid işığı bəxş edə bilərik. Birlikdə bu dünyanı yaşamaq üçün daha yaxşı bir yerə çevirəcəyik”. (azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-11-2024, 14:09