Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb
Dövlət başçısı bununla bağlı deyib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
KARUSEL / SİYASƏT
Tarix: 6-11-2024, 11:58