mobil versiya

Çin: "Ölkələrin müdafiə nazirlərinin görüşməməsinə görə ABŞ-ın tamamilə məsuliyyət daşıyır"




"Çin müdafiə nazirinin amerikalı həmkarı ilə Laosda görüşməməsinə görə Birləşmiş Ştatlar tamamilə məsuliyyət daşıyır".

Reportyor.az xəbər verir ki, bunu Çinin müdafiə nazirliyi bildirib.
Nazirliyin sözçüsü deyib ki ABŞ tərəfi heç bir şey olmamış kimi Çin ordusu ilə əlaqə saxlayarkən Tayvan məsələsində Çinin əsas maraqlarını poza bilməz.

Sözçü həmçinin ABŞ-ı səhvlərini dərhal düzəltməyə və iki tərəf arasında yüksək səviyyəli hərbi mübadilələr üçün əlverişli şərait yaratmağa çalışmağa çağırıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:52