mobil versiya

Qərbi Almaniyada yük qatarının relsdən çıxması nəticəsində 3 nəfər xəsarət alıb






Almaniyanın qərbində yerləşən Köln və Axen şəhərləri arasındakı dəmir yolu xəttində yük qatarının tikinti qatarı ilə toqquşması nəticəsində yük qatarının lokomotivi və 10 vaqonu relsdən çıxıb, 3 nəfər xəsarət alıb.

Reportyor.az xəbər verir ki, Yerli yanğınsöndürmə briqadasının sözçüsü hadisə nəticəsində biri ağır olmaqla 3 nəfərin yaralandığını, hamısının xəstəxanada müalicə olunduğunu deyib.

O bildirib ki, ilkin olaraq hadisə yerinə xilasedicilərdən ibarət böyük dəstə cəlb olunub, lakin vəziyyət nəzarətə götürüldüyü üçün səhər tezdən onların sayı azalıb.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:54