Bu avtobus marşrutlarının iş saatları uzadılır

11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi - AYNA məlumat yayıb.
"Həzi Aslanov" metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.
Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-11-2024, 17:11