mobil versiya

İsrailli Netanyahu ABŞ-a Suriyadan terror fəaliyyətinin qarşısının alınmasının vacibliyini deyib



İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivana bildirib ki, Bəşər Əsədin devrilməsindən sonra Suriyadan İsrailə qarşı terror fəaliyyətinin qarşısının alınmasına ehtiyac var.

Reportyor.az xəbər verir ki, Netanyahu Qüdsdəki görüşdə Suriyadakı azlıqlara yardımın və Suriya ərazisindən İsrailə qarşı terror fəaliyyətinin qarşısının alınmasının vacibliyi məsələsini qaldırıb.

İsrail son günlər Suriyaya irimiqyaslı zərbələr endirərək ölkədəki strateji silahları məhv edib.
KARUSEL / DÜNYA
Tarix: 12-12-2024, 16:47