Azad olunmuş ərazilərə köçürülənlərin sayı nə qədərdir?
Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
“2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait, o cümlədən 2025-ci ildə 4 mlrd. manat ayrılıb).
Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bugünədək 2417 ailə 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb”, – deyə Baş nazir qeyd edib.
KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2024, 12:43