mobil versiya

Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi ilə bağlı hələlik yekun qərar yoxdur: Kreml




Kreml Rusiyanın Suriyadakı hərbi bazalarının taleyi ilə bağlı hələlik yekun qərarın verilmədiyini və ölkənin məsul şəxsləri ilə əlaqə saxladığını bildirib.

Reportyor.az xəbər verir ki, dörd Suriya rəsmisi həftə sonu Reuters agentliyinə bildiriblər ki, Rusiya ordusunu Suriyanın şimalındakı cəbhə xəttindən və Ələvi dağlarındakı postlardan geri çəkir, lakin prezident Bəşər Əsədin devrilməsindən sonra iki əsas bazasını tərk etmir.

Bazar günü Rusiya Dəməşqdəki bəzi diplomatik personalı, həmçinin Belarus və Şimali Koreya diplomatlarını Rusiya Hərbi Hava Qüvvələrinin xüsusi uçuşu ilə Hmeymim aviabazasından təxliyyə etdiyini bildirib.
KARUSEL / DÜNYA
Tarix: 16-12-2024, 14:50