Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq - XİN başçısı
Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayələrə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da AQEM Biznes Şurasının vasitəsilə daxil olmaqla, Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında yer alacaq.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxışı zamanı söyləyib.
Nazir diqqətə çatdırıb ki, yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət-quruculuğunun təşviqi, eləcə də kiber-təhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcəkdir. Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kiber-təhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.
“Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçid və dayanıqlı inkişafın təşviqi duracaqdır. Bu xüsusda, müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-biri ilə kəsişən mövzuları əhatə edən gündəlik irəlilədiləcək”, - deyə Ceyhun Bayramov əlavə edib.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 18:06