Malayziyanın xarici işlər naziri yeməkxanada siqaret çəkdiyinə görə cərimələnəcək

Malayziyanın xarici işlər naziri siqaret çəkilməyən yerdə siqaret çəkdiyinə görə cərimələnəcək.
Reportyor.az xəbər verir ki, bu barədə Malayziyanın səhiyyə naziri Dzulkefli Əhməd deyib.
O, bu həftənin əvvəlində Malayziyanın Negeri Sembilan əyalətində küçə kənarındakı yeməkxanada siqaret çəkən xarici işlər naziri Məhəmməd Həsənin şəklini yenidən yayımlayıb.
Malayziyada 2019-cu ildə bütün yeməkxana və restoranlarda siqaret çəkmək qeyri-qanuni elan edilib və bu ilin oktyabrında əlavə sərt tədbirlər tətbiq edilib.
"Xarici işlər nazirinin ofisi bu məsələ ilə bağlı məlumatlandırılıb" deyən Dzulkefly X sosial media platformasında bildirib və əlavə edib ki, xarici işlər nazirinin özü cinayətə görə cərimə olunmaq istəyir.
Malayziya qanunlarına görə, qadağan olunmuş yerlərdə siqaret çəkən şəxsləri 5000 ringgit (1120 dollar) məbləğində cərimə gözləyir.
Nazir Mohamad bin Hasan çərşənbə günü üzr istəyib və səhiyyə orqanlarından pozuntu bildirişi aldığını, lakin cərimənin məbləğinin hələ müəyyən edilmədiyini söyləyib: "Əgər bu, ictimaiyyət arasında narahatlıq və problemə çevrilibsə, mən səmimi qəlbdən üzrxahlığımı bildirmək istərdim. Cəriməni ödəyəcəm və ümid edirəm ki, çox da yüksək olmayacaq."
Nazirin yeməkxanada siqaret çəkən fotosu bu həftə internetdə qəzəb doğurmuşdu.
KARUSEL / DÜNYA
Tarix: 18-12-2024, 10:47