Şarm əl-Şeyx istiqamətində uçuşlarının tezliyinin artırılması müzakirə olunub
AZAL QSC-nin prezidenti Samir Rzayev ilə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında görüş keçirilib.
Reportyor.az xəbər verir ki, görüşdə iki ölkə arasında hava əlaqələrinin inkişafı, o cümlədən aviaşirkətin Şarm əl-Şeyx istiqamətində uçuşlarının tezliyinin artırılması müzakirə olunub.
Samir Rzayev bildirib ki, 2024-cü ilin dekabr ayının sonundan Şarm əl-Şeyxə uçuşların sayı həftədə iki dəfəyə qədər artırılacaq.
Səfir AZAL və Misir aviaşirkətləri arasında kodşerinq sazişlərin bağlanması təşəbbüsünə dəstək verməyə hazır olduğunu bildirərək kadr hazırlığı və hava gəmilərinə texniki xidmət sahələrində birgə fəaliyyətin vacibliyini qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:31