mobil versiya

Rayonlarda pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb




Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb.
Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.

KARUSEL / ÖLKƏ
Tarix: Dünən, 11:34