Türkiyə yaxın günlərdə Dəməşqə uçuşlara başlamağı planlaşdırır
Türkiyə yaxın günlərdə Suriyanın Dəməşqə uçuşlara başlamağı planlaşdırır.
Reportyor.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Əbdülqadir Uraloğlu deyib.
“Yaxın günlərdə Türkiyədən (Dəməşqə) bir uçuş planlaşdırırıq... Dəməşqdən İstanbula əlaqə qurulanda böyük ehtiyacı aradan qaldırmış olacağıq. Bu məsələ ilə bağlı səylərimiz davam edir”.
Türkiyənin NTV telekanalına müsahibəsində Uraloğlu deyib ki, texnologiya çatışmazlığı səbəbindən ilk uçuşlar vizual olaraq idarə olunacaq, lakin hava limanında radar sistemi işə salındıqdan sonra İstanbulu Dəməşqlə birləşdirən müntəzəm reyslər planlaşdırılır.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:11