mobil versiya

İsraili tənqid edən Roma Papası Qəzzadakı vəziyyəti "biabırçı" adlandırıb





Papa Fransisk İsrailin Qəzzada hərbi kampaniyasını tənqid edərək, Fələstin anklavındakı humanitar vəziyyəti “çox ciddi və utancverici” adlandırıb.

Reportyor.az xəbər verir ki, köməkçisi tərəfindən onun adından diplomatlara etdiyi illik müraciətində Frensisk, elektrik enerjisinin demək olar ki, olmadığı Qəzzada qış soyuğunun səbəb olduğu ölümlərə istinad etdiyi görünür.

“Biz heç bir şəkildə mülki şəxslərin bombalanmasını qəbul edə bilmərik. Uşaqların donaraq ölməsini qəbul edə bilmərik, çünki xəstəxanalar dağıdılıb və ya ölkənin enerji şəbəkəsi zədələnib” - mətndə deyilir.


KARUSEL / DÜNYA
Tarix: Dünən, 14:44