mobil versiya

Ölkə vətəndaşının şəxsiyyətini eyniləşdirən rəqəmsal vasitə tətbiq ediləcək



“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı açıqlanıb.


Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Sənədə əsasən, istiqamətlərdən biri də rəqəmsal inkişafın tətbiqinin genişləndirilməsidir.
Belə ki, “Rəqəmsal ID” - vətəndaşın şəxsiyyətini eyniləşdirən rəqəmsal vasitənin tətbiqi həyata keçiriləcək.
Prosesdə əsas icraçı orqan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçı orqan kimi aidiyyəti qurumlar təyin edilib. Tədbirin icra müddəti 2025–2027-ci illəri əhatə edəcək.
“Rəqəmsal ID”nin tətbiqindən ilkin nəticə müvafiq hüquqi normativ bazanın təkmilləşdirilməsi, aralıq nəticə “Rəqəmsal ID” həllində şəxsiyyəti eyniləşdirən sənəd növlərinin müəyyən edilməsi, yekun nəticə isə vətəndaşlar üçün şəxsiyyəti eyniləşdirən sənədlərin “Rəqəmsal ID” həllində təqdim edilməsidir.

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:42