Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Çin Sədrinin müavini Han Çjen Vaşinqtonda amerikalı iş adamı İlon Maskla görüşüb.
Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Mask qeyd edib ki, “Tesla” Çində investisiyaları və əməkdaşlığı dərinləşdirməyə, həmçinin ABŞ və Çin arasında iqtisadi və ticarət mübadilələrinə töhfə verməkdə fəal rol oynamağa hazırdır.
Qeyd olunur ki, H.Çjen seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-yə gəlib.(report)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:11