Qazaxıstan millisinin qapıçısı bu kluba keçib
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra “tələbələr”in uğurları üçün çalışacaq.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:12