“Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fəaliyyət göstərən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus “Dükkan” restoranında yoxlama keçirilib.
Reportyor.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:21