Göygöldə fəaliyyət göstərən restoranda istehlaka yararsız qida məhsulları aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Toğanalı yolunda fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Elşən Yunis oğluna məxsus “Gold Garden” restoranında planlı yoxlama keçirib.
Baxış zamanı ictimai iaşə müəssisəsində qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə saxlanıldığı, mal qonşuluğu qaydalarına riayət olunmadığı, həmçinin üzərində tərkibi, istehsal və son istifadə tarixləri haqqında məlumatlar qeyd edilməyən, mənşəyi məlum olmayan quş əti və süd məhsulları aşkarlanıb.
Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısının alınması məqsədilə məhdudlaşdırıcı qərar tətbiq edilərək icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-09-2024, 16:49