Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib
2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard dollar təşkil edib.
Reportyor.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.O bildirib ki, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5,5 milyard dollar) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.
“Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5,5 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub, Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb”, - deyə Taleh Kazımov vurğulayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:55