Bələdiyyə seçkiləri ilə bağlı bu gün "sükut günü"dür
Azərbaycanda 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün “sükut günü”dür.
Reportyor.az xəbər verir ki, seçki Məcəlləsinə əsasən, seçkiqabağı təşviqat prosesi səsvermə gününə 24 saat qalmış dayandırılır. Bununla əlaqədar olaraq, bu gün heç bir təşviqat fəaliyyəti həyata keçirilə bilməz.
Təşviqat prosesi rəsmi olaraq yanvarın 6-da başlayıb və yanvarın 28-i saat 08:00-da başa çatıb.
Qeyd edək ki, sabah keçiriləcək seçkilərdə seçki məntəqələri səhər saat 08:00-da açılacaq və səsvermə prosesi saat 19:00-da yekunlaşacaq. Seçkilərdə ümumilikdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-01-2025, 09:16