mobil versiya

Ötən il PUA-nın idxalı və istifadəsi ilə bağlı baxılan müraciətlərin sayı açıqlanıb



Ötən il 86 pilotsuz uçuş aparatının (PUA) idxal və istifadə edilməsi ilə bağlı müraciətə baxılaraq cavablar verilib.

Reportyor.az
xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Agentliyin rəisi general-mayor İlqar Abbasov deyib.

Onlardan gələcəkdə dövlət, peşə və şəxsi sirrin qorunmasına təhlükə yarada biləcək səbəblərdən 48 müraciət üzrə PUA-ların idxal və istifadəsinə mənfi rəy verilib.

İ.Abbasov bildirib ki, 2024-cü ildə neft və qaz ixrac boru kəmərlərinin mühafizə zonasında işlərin görülməsi üçün 192 fiziki şəxsin, 83 dövlət orqanı və hüquqi şəxslərin müraciətlərinə baxılaraq cavablar verilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:54