Güllə atıcısımız beynəlxalq turnirdə üçüncü olub
![](/uploads/posts/2025-02/1739339802_1739339791306.png)
Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Çempionatında bürünc medal qazanıb.
Reportyor.az xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə (U18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançımız bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.
KARUSEL / İDMAN
Tarix: Bu gün, 09:56