mobil versiya

Daha bir cüdoçumuz Avropa çempionu olub




Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Dimitar Qospodinovu sınağa çəkib.
Rəqibinə qalib gələn V. Qələndərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.
 


KARUSEL / İDMAN
Tarix: 6-09-2024, 17:03