mobil versiya

Cüdoçumuz ikiqat dünya çempionu olub



Azərbaycan cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Monqolustan təmsilçisinə ipponla qalib gəlib. Beləliklə, o, ikinci dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
50 kiloqramda mübarizə aparan Məhəmmədəli Hüsiyev isə dünya üçüncüsü olub.

KARUSEL / İDMAN
Tarix: 29-08-2024, 09:43