Növbəti hədəfim Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır
Parataekvondo mundialın proqramına salındıqdan sonra Azərbaycanda bu idman növündə ilk dünya çempionu olmaq qürurvericidir.
Bu sözləri Meksikanın Verakrus ştatında keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov deyib.
70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Meksikadakı Qran-pri turnirinin də qalibi olduğunu xatırladıb: “Dünya çempionatında dörd görüş keçirdim. Yarımfinal və final qarşılaşmalarında çətinlik çəkdim. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Hazırda dünya reytinqində birinci sıradayam”.
O, növbəti hədəfinin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.(azərtac)
KARUSEL / İDMAN
Tarix: 27-09-2023, 13:14