Azərbaycanın xarici borcu nə qədərdir?
![](/uploads/posts/2025-02/1739446472_1739446433672.png)
2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 27.380,2 milyon manat olub. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 21,7 faizini təşkil edib.
Reportyor.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Borcu üzrə illik Statistik Bülletenində deyilir.
Ümumi dövlət borcunun 8.720,5 milyon manatı (5.129,7 milyon ABŞ dolları) və ya 31,8 faizi xarici dövlət borcunun, 18.659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
01 yanvar 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5.129,7 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcu ötən ilə nisbətən 20,6 faiz azalıb.
2025-ci ilin 01 yanvar tarixinə xarici dövlət borc portfelinin 35,1%-i Asiya İnkişaf Bankının, 27,0%-i avrobondların, 15,8%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Xarici dövlət borcunun 49,0 faizi 5 ilə qədər olan müddətdə, 44,9 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6,1 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları – 86,1 faiz,
avro – 5,8 faiz,
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma
Hüquqları) – 3,4 faiz,
yapon yeni – 3,1 faiz,
digər valyutalar – 1,6 faiz.
Ölkənin valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 71,0 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:41