“IDEX-2025” sərgisində müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullaev ilə görüşüb.
Reportyor.az xəbər verir ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi arasında əməkdaşlığa dair Yol xəritəsi imzalanıb.

Görüşlərdə müdafiə sənayesində birgə əməkdaşlıq imkanları, hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 17-02-2025, 21:40