mobil versiya

Bu həftə daha çox Qəzzalı girovu azad etmək üçün səylər davam edir: İsrail və Fələstin mənbələri




İsrail və Fələstin mənbələrinin verdiyi məlumata görə, bu həftə Qəzzada saxlanılan İsrail və HƏMAS arasında barışıq Sazişində nəzərdə tutulduğundan daha çox İsrail girovunun azad edilməsi üçün səylər göstərilir.

Reportyor.az xəbər verir ki, bu barədə İsrail və Fələstin mənbələri bildiriblər.

İsrail rəsmi mənbəsi AFP-yə deyib ki Baş nazir Benyamin Netanyahu bu həftə altı canlı girovu və daha dörd nəfərin cəsədini azad etmək üçün böyük səylər göstərir.

Danışıqlara yaxın bir fələstinli mənbə bildirib ki, vasitəçilər bir neçə israilli məhbusun cəsədlərinin cümə gününə qədər (təslim edilməsi) təmin edilməsi və şənbə günü azad ediləcək canlı girovların sayını artırmaq üçün səylər edirlər.
KARUSEL / DÜNYA
Tarix: 18-02-2025, 16:13