Zelenski Trampla cümə günü ABŞ-da görüşməyə ümid edir

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla təbii ehtiyatlar sazişi və gələcək yardımı müzakirə etmək üçün cümə günü Vaşinqtona gedəcəyinə ümid etdiyini bildirib.
Reportyor.az xəbər verir ki, bu barədə Zelenski Kiyevdə jurnalistlərə bildirib.
“Mən bu səfərin olmasını çox istərdim” deyən Zelenski bildirib ki, Vaşinqtona səfərin ilkin tarixi cümə günüdür və o, Trampdan ABŞ-ın Ukraynaya gələcək yardımını dayandırıb dayandırmayacağını soruşmağı planlaşdırır.
KARUSEL / DÜNYA
Tarix: 26-02-2025, 18:13