Sabahdan 11 ayın sultanı Ramazan ayı başlayır

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır.
Reportyor.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası fevralın 27-də fətva verib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, 30 mart - Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalı idi. Lakin Nazirlər Kabinetinin Qərarı ilə 28 mart iş günü ilə 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən də 1 aprel rəsmi iş günü sayılacaq.
Ramazan ayının təqvimini və ilk 5 günün dualarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi saytına istinadən təqdim edirik:


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 13:50