Çin XİN rəhbəri: Qəzzanın statusunun dəyişdirilməsi sülhə səbəb olmayacaq

Çin Misir və digər ərəb ölkələrinin təşəbbüsü ilə Qəzzada sülhün bərpası planını dəstəkləyir.
Reportyor.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.
Qəzza Fələstin xalqına məxsusdur və Fələstin ərazisinin ayrılmaz hissəsidir. Vanq mətbuata açıqlamasında bildirib ki, Qəzzanın statusunun zorla dəyişdirilməsi sülh deyil, yalnız yeni xaos gətirəcək.
Vanq hərtərəfli və davamlı atəşkəs əldə etmək, humanitar yardımı artırmaq, "Fələstini idarə edən fələstinlilər" prinsipinə riayət etmək və Qəzzada yenidənqurma işlərinə töhfə vermək üçün səy göstərməyə çağırıb.
Fələstin məsələsinin həmişə Yaxın Şərq məsələsinin mərkəzində olduğunu qeyd edən Çinin xarici işlər naziri beynəlxalq ictimaiyyəti iki dövlətli həll yoluna daha çox diqqət yetirməyə və Fələstinin müstəqil dövlətçiliyinə daha çox dəstək verməyə çağırıb.
O, Fələstin dövlətinin dəstəklənməsi və regionda sülhün təşviq edilməsinin vacibliyini vurğulayaraq, bütün Fələstin qruplarının birliyə və özünü gücləndirməyə nail olmaq üçün Pekin Bəyannaməsini yerinə yetirməli olduğunu bildirib.
KARUSEL / DÜNYA
Tarix: 7-03-2025, 14:13