Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz növbəti dəfə London Beynəlxalq Kitab Sərgisində zəngin nəşrlərlə təmsil olunur.
Reportyor.az xəbər verir ki, martın 11-də açılışı baş tutan sərgiyə dünyanın 60-dək ölkəsindən 1000-dən artıq iştirakçı və çox sayda media nümayəndəsi qatılıb.
Fərqli bölmələrdən ibarət milli stenddə Azərbaycan tarixini, mədəniyyətini əks etdirən ən yeni və qiymətli nəşrlərin nümayişi ilə yanaşı, əməkdaşlıq görüşlərinin keçirilməsi üçün guşələr hazırlanıb.
Sərgi martın 13-dək ziyarətçilərə açıq olacaq.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 12-03-2025, 09:19