Bakı Forumunda 60-dan çox ölkədən qonaq iştirak edəcək

Bakıda 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumunda 60-dan çox ölkədən 300-dən çox dünya lideri iştirak edəcək.
Reportyor.az xəbər verir ki, bu barədə XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransında məlumat verilib.
Forumda həmçinin, 25-dən çox keçmiş prezident, 15-dən çox keçmiş baş nazir, 10-a yaxın BMT və beynəlxalq qurumların rəhbəri, 25-dən çox keçmiş nazir və nazir müavinləri iştirak edəcək.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzənininin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” devizi altında keçiriləcək.
Tədbirdə geosiyasi dəyişikliklər, çoxtərəflilik, qlobal səhiyyə böhranı, dünyanın bərpası və regional sabitlik, COP29 və digər əsas qlobal problemlər müzakirə olunacaq.
KARUSEL / SİYASƏT
Tarix: 12-03-2025, 16:01