mobil versiya

Hüseyn Ərəblinskinin anadan olmasının 144 ili tamam olur



Bu gün Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin anadan olmasının 144 ili tamam olur.

Reportyor.az bildirir ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında ifasından sonra Hüseyn Ərəblinski istedadlı aktyor kimi tanınıb. 

Bir çox dünya klassiklərinin, eləcə də rus dramaturqlarının əsərlərini ilk dəfə Azərbaycan səhnəsinə gətirən məhz Hüseyn Ərəblinski olub, teatr mühitində bir sıra yeniliklərə imza atıb. Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello obrazları Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Görkəmli aktyor H.Ərəblinski 1919-cu ildə vəfat edib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-03-2025, 09:46