İsmayıl Dağıstanlının anadan olmasının 118 ili tamam olur
Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı İsmayıl Dağıstanlının anadan olmasının 118 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Azərbaycan Milli Dram Teatrının səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda maraqlı obrazlar qalereyası yaradıb.
U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərib.
Eyni zamanda müxtəlif janrlı 10-a yaxın filmdə ekran obrazları yaradıb. Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Ömrünün 50 ildən çoxunu sənətə həsr edən aktyor, həmçinin bir neçə aktyor və teatr haqqında kitabların müəllifidir.
İsmayıl Dağıstanlı 1980-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 10:13