ABŞ-ın maliyyə naziri əmindir ki, Çin tariflərlə bağlı razılığa gəlmək istəyir

Birləşmiş Ştatlar çox güman ki, prezident Donald Trampın Çinlə imzaladığı ticarət sazişinin birinci mərhələsinə yenidən baxacaq və o, Pekinin tariflərlə bağlı razılığa gəlmək istəyəcəyinə əmindir.
Reportyor.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Scott Bessent Fox Business Network-ə müsahibəsində deyib.
"Mən əminəm ki, çinlilər razılığa gəlmək istəyəcəklər. Və dediyim kimi, bu, çoxmərhələli proses olacaq. Əvvəlcə gərginliyi azaltmalıyıq, sonra isə zaman keçdikcə diqqətimizi daha böyük ticarət razılaşmasına yönəltməyə başlayacağıq".
KARUSEL / DÜNYA
Tarix: 1-05-2025, 17:22