mobil versiya

Hindistan Pakistanın üç şəhərinə raket hücumu edib, Pakistan Hindistana cavab zərbələri endirib



Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.


Bu barədə “Samaa TV” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb.

Pakistan hakimiyyəti ölkənin hava məkanını 48 saat ərzində bütün uçuşlar üçün bağlayıb.

İslamabad beynəlxalq hava limanı bağlanıb və bütün reyslər Kəraçi hava limanına yönəldilib.

***

Hindistan Pakistanın 3 şəhərinə raket hücumu edib.

Bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.

Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.

“Geo TV”nin məlumatına görə, Hindistanın Pakistana xain hücumu nətixəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

General qeyd edib ki, Hindistanın xain hücumu cavabsız qalmayacaq.

KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar. (report)

KARUSEL / DÜNYA
Tarix: 7-05-2025, 01:29