mobil versiya

Tramp: Qətər ABŞ-ın hava bazasına 10 milyard dollar sərmayə qoyacaq




ABŞ prezidenti Donald Tramp bildirib ki, Qətər yaxın illərdə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi obyekti olan ölkənin paytaxtı Dohanın cənub-qərbindəki Əl Udeid aviabazasına 10 milyard dollar sərmayə qoyacaq.

Reportyor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Körfəz turu zamanı bazadakı ABŞ əsgərləri qarşısında çıxışı zamanı Tramp həmçinin bildirib ki, çərşənbə günü imzalanan Qətərin müdafiə alışları 42 milyard dollar dəyərindədir.

Tramp daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
KARUSEL / DÜNYA
Tarix: 15-05-2025, 16:17