Fransa İsraili Qəzzaya kütləvi və maneəsiz yardıma icazə verməyə çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barrot İsrail qurumunu Qəzza zolağına humanitar yardımın dərhal, kütləvi və maneəsiz çatdırılmasına icazə verməyə çağırıb.
Reportyor.az xəbər verir ki, bu barədə Barrot X-də yazıb.
"Üç aylıq diplomatik səylərdən sonra İsrail hökuməti nəhayət Qəzzaya humanitar yardımın yenidən açıldığını elan edir. Bu dərhal, kütləvi və maneəsiz olmalıdır."
O, daha sonra vurğulayıb ki, yardım fəlakətli humanitar böhrana son qoymağa və davam edən aclığı qəti şəkildə dayandırmağa kömək etməlidir.
Martın 2-dən etibarən İsrail işğalı Qəzza zolağına bütün keçidləri bağlı saxlayıb və bu, humanitar yardımın ölkəyə girişini faktiki olaraq dayandırıb. Sərhədlərdə minlərlə yardım maşınının gözlədiyi bildirilsə də, uzunmüddətli bağlanma humanitar fövqəladə vəziyyəti daha da pisləşdirdi.
KARUSEL / DÜNYA
Tarix: 19-05-2025, 09:38