Azərbaycan millisinin bu gün sonuncu oyunudur

Azərbaycanın qadınlardan ibarət futbol millisi bu gün UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.
Reportyor.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Litva yığmasını qəbul edəcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Matç saat 18:00-da başlayacaq.
Monteneqro və Litva ilə eyni qrupda yer alan Azərbaycan millisi 5 xalla ikinci pillədə qərarlaşıb. Eyni xala malik Monteneqro qrup lideridirsə, sonuncu yerdə olan Litvanın xalı yoxdur.
KARUSEL / İDMAN
Tarix: 30-05-2025, 11:18