mobil versiya

Şimali Makedoniya Parlament Assambleyasının sədri Azərbaycana gəlib






Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək məqsədilə iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Reportyor.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.



KARUSEL / SİYASƏT
Tarix: 17-06-2025, 08:41