mobil versiya

Renat Dadaşovun yeni klubu məlum olub






Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Radomyak”dan ayrılsa da, Polşada qalıb. O, yüksək liqa təmsilçisi “Motor”la anlaşıb.

Müqavilənin detalları ilə bağlı məlumat verilməyib.

O, klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Motor”a qoşulduğum üçün çox şadam. Yeni mövsümün başlanmasını səbirsizliklə gözləyirəm, ümid edirəm ki, bizim üçün çox uğurlu olacaq. İlk matçda satılma ehtimalı olduğunu eşitmişəm, ona görə də bu bazar günkü matçı səbirsizliklə gözləyirəm”.

Reportyor.az









KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:09