“Qəbələ”nin nigeriyalı futbolçu ilə yolları ayrılıb
“Qəbələ” Abdullahi Şuaybu ilə vidalaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
Şuaybu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi. O, “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 6-08-2025, 10:34




























