mobil versiya

Bakıda Abay Günü qeyd edilib




Bakıda görkəmli qazax şairi və maarifçisi Abay Kunanbayulının anadan olmasının 180 illiyi münasibətilə Qazaxıstanın Azərbaycandakı Səfirliyinin, Türk Dövlətləri Parlament Assambleyasının, Türk Mədəniyyəti və İrsi Fondunun, Azərbaycan ziyalılarının, abayşünasların və yazıçıların iştirakı ilə xatirə aksiyası keçirilib.

Tədbirin əvvəlində iştirakçılar Abayın şərəfinə adlandırılmış küçədə yerləşən xatirə lövhəsinə gül dəstələri qoyublar. Qazaxıstanın Azərbaycandakı Səfirliyinin Müşaviri Yedil Mırzaxanov qonaqları Abay Günü münasibətilə təbrik edərək onun qiymətsiz yaradıcılıq irsinin qazax mədəniyyətinin təməli kimi böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Öz növbəsində Azərbaycan ziyalıları və abayşünaslar Abayın həyat və yaradıcılıq yolundakı mühüm məqamlara nəzər salıblar.

Reportyor.az






KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-08-2025, 16:12